Kontenin mətbuat konfransının vaxtı bilindi

15:50 4 Oktyabr 2015

"AVRO-2016"nın seçmə mərhələsi çərçivəsində millimizlə qarşılaşacaq İtaliya yığmasının Bakıdakı açıq məşqi və Antonio Kontenin mətbuat konfransının vaxtı açıqlanıb. Sportarena.az xəbər verir ki, oktyabrın 9-u, saat 20:30-da Bakı Olimpya Stadionunda komandasını oyunöncəsi son məşqə çıxaracaq italyan mütəxəsiss hazırlıq prosesindən sonra konfrans zalına keçəcək və jurnalistlərin suallarını cavablandıracaq.

 

Qeyd edək ki, Azərbaycan - İtaliya oyunu oktyabrın 10-da keçiriləcək və 21:00-da başlayacaq.


Xəbər xətti