"Qəbələ" və "Kəpəz" cərimələndi

13:39 6 Oktyabr 2015

AFFA İntizam Komitəsiin bu gün keçirilən iclasında əvəzedici heyətlər arasında çempionatın VII turunun oyunları da müzakirə olunub. Sportarena.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

 

“Zirə” – “Neftçi” matçının 69-cu dəqiqəsində “Neftçi” klubunun 57 №-li futbolçusu Etibar Süleymanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.

 

“Kəpəz” – “Sumqayıt” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

 

“Qəbələ” – “Xəzər Lənkəran” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.


Xəbər xətti