"Tamamilə Azərbaycanla oyuna köklənmişik" - İtaliya millisinin üzvü

14:57 6 Oktyabr 2015

"Avro-2016"nın seçmə mərhələsində oktyabrın 10-da Bakıda millimizlə qarşılaşacaq İtaliya yığmasının futbolçusu Roberto Soriano qarşıdakı oyunlarla bağlı fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, Soriano həm Azərbaycan, həm də Norveçlə görüşlərdə qələbə qazanmağa çalışacaqlarını bildirib:

 

"Beynəlxalq arenada ölkəni təmsil etmək hər zaman əla təcrübədir. Milli komandanın formasını geyinmək hər bir futbolçu üçün böyük şərəfdir. Bizim seçmə mərhələdə iki önəmli oyunumuz var. Hər şey edəcəyik ki, Azərbaycan və Norveçlə oyunlarda qələbə qazanaq. Hazırda tamamilə bu oyunlara köklənmişik".

 

Qeyd edək ki, oktyabrın 10-da Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan - İtaliya oyunu saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti