İki boksçusumuz dünya çempionatında mübarizəyə başlayır

18:00 6 Oktyabr 2015

Azərbaycan boksçuları 6-15 oktyabr tarixlərində Qətərin paytaxtı Dohada keçiriləcək Dünya çempionatında iştirak edəcəklər. Sportarena.az xəbər verir ki, tamaşaçılar oktyabrın 6-dan 9-dək boksçuların ilkin qarşılaşmalarının şahidi ola biləcəklər.

 

Azərbaycan çempionatda 8 boksçu ilə təmsil olunur. İlk yarış günündə rinqə çıxacaq döyüşçümüz Rüfət Hüseynov (49 kq) mərakeşli İmad Ahyounla qarşılaşacaq. Lorenzo Sotomayor (64 kq) isə 1/32 final mərhələsində Kanadanı təmsil edən Artur Biyarslanovla döyüşəcək.

 

Şənbə günü 1/4 final, bazar günü və bazar ertəsi isə yarımfinal görüşləri keçiriləcək. Final görüşləri 14 və 15 oktyabr tarixlərinə təsadüf edəcək.

 

Qeyd edək ki, yarışlarda 73 ölkədən 257 idmançı iştirak edəcək.


Digər xəbərlər

Xəbər xətti