Dohada 2-ci qələbə

10:09 7 Oktyabr 2015

Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatı davam edir. Sportarena.az xəbər verir ki, axşam proqramında rinqə çıxan Lorenzo Sotomayordan sonra ikinci boksçumuz da yrışı qələbə ilə başa vurub.

 

Belə ki, dünya çempionatında ilk dəfə çıxış edən və 49 kq çəkidə mübarizə aparan Rüfət Hüseynov ilk görüşündə mərakeşli İmad Ahyoun üzərində hər üç raundda qalib gələrək mərhələ adlayıb.

 

Qeyd edək ki, dünya çempionatında Azərbaycanı təmsil edən digər boksçular - Elvin Məmişzadə, Tayfur Əliyev, Albert Səlimov, Pərviz Bağırov, Teymur Məmmədov və Abdulqadir Abdullayevdir.


Digər xəbərlər

Xəbər xətti