Cüdo üzrə "Zirvə" birinciliyinə yekun vuruldu - VİDEO

15:39 7 Oktyabr 2015

Oktyabrın 4-də AAAF Park Yaşayış Kompleksinin yarış zalında “Zirvə” Beynəlxalq İdman Klubunun cüdo üzrə açıq birinciliyi keçirilib. Sportarena.az xəbər verir ki, yüzə yaxın gənc idmançı – 2003-2004-2005-ci il təvəllüdlü oğlanlar 24, 27, 30, 34, 38, 42, 46, 50, 55, +55 kq çəki dərəcələrində medal mübarizəsinə qoşulublar. Birincilikdə “Zirvə”nin Badamdar, Sumqayıt, Masazır, Xırdalan, Lənkəran və İsmayıllı filiallarının nümayəndələri iştirak ediblər.

 

Yarışın rəsmi hissəsində ilk olaraq “Zirvə” BİK-in direktor müavini Azad Mustafayev çıxış etdi. O, yarışın keçirilməsində məqsədin cüdo idman növünün bölgələrdə təbliği və inkişafı, klubun güclü cüdocularının müəyyən edilməsı, idmançıların idman ustalığının artırılması və təkmillləşdirməsi, Respublika birinciliyi və çempionatında iştirak edəcək klubun yığma komandasının komplektləşdirilməsi olduğunu qeyd etdi, iştirakçılara uğurlar arzuladı. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi və yarışlar başladı.

 

Gözlənildiyi kimi, “Zirvə”nin Bakı idmançıları yaxşı çıxış edərək komanda hesabında qalib gəldilər. Abşeron və Sumqayıt komandaları da fərqləndirlər. Bütün nəticələr, yarışdan çəkilən fotolar və videosüjetlə aşağıda tanış ola bilərsiniz:

 

27 kq
1. Balacayev Murad (Sumqayıt-Zirvə)
2. Həsənov Emin (Abşeron-Zirvə)
3. Muradov Şirin (Sumqayıt-Zirvə)
3. Mustafayev Murad (Sumqayıt-Zirvə)

 

30 kq
1. Yusifli Eltac (Təhsil)
2. Hacıyev Oruc (Abşeron-Zirvə)
3. Şirinzadə Ayxan (Sumqayıt-Zirvə)
3. Əliyev Murad (Abşeron-Zirvə)

 

34 kq
1. Hacıyev Səxavət (UGİM-Sumqayıt)
2. Məmmədgil Alper (Abşeron-Zirvə)
3. Səmədzadə Rüfət (Lənkəran-Zirvə)
3. Məmmədov Musa (Bakı-Zirvə)

 

38 kq
1. Həsənli Sadiq (Bakı-Zirvə)
2. Babayev Rəşad (İsmayıllı-Zirvə)
3. Qasımov Emil (Təhsil)
3. Abulov Sənan (İsmayıllı-Zirvə)

 

42 kq
1. Kərimov Tamerlan (UGİM-Sumqayıt)
2. Kərimov Novruz (Sumqayıt-Zirvə)
3. Əhmədov Elxan (İsmayıllı-Zirvə)
3. Abbasov Ayxan (Sumqayıt-Zirvə)

 

46 kq
1. Adilov Tağı (Bakı-Zirvə)
2. Ağayev Səda (UGİM-Sumqayıt)
3. Şahməmmədov Nicat (Sumqayıt-Zirvə)
3. Bədurayev Toğrul (Təhsil)

 

50 kq
1. Nəcəfov İsmayıl (Bakı-Zirvə)
2. Məhəmməd Cəfər (Bakı-Zirvə)
3. Əliyev Nicat (Bakı-Zirvə)
3. Ağayev Fəda (UGİM-Sumqayıt)

 

55 kq
1. Baxışəliyev Hüseyn (Təhsil)
2. Bayramov Elton (Təhsil)
3. Səfərli Ayxan (Abşeron-Zirvə)

 


Digər xəbərlər

Xəbər xətti