"Bizi Azərbaycanla ağır oyun gözləyir" - İtaliya millisinin hücumçusu

16:16 7 Oktyabr 2015

"Bizi Azərbaycanla çox ağır oyun gözləyir".

 

Sportarena.az xəbər verir ki, bu sözləri İtaliya millisinin hücumçusu Fabio Kvalyarella deyib. "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşən forvard yerli mətbuata açıqlamasında Bakıda qələbə qazanmaqları olduqlarını söyləyib:

 

"Kimlər ki, bu komanda ilə oyunumuzun asan gəzinti olacağını düşünür, çox böyük yanlışlığa yol verir. Amma biz istənilən halda qələbə qazanmalı və Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etməliyik".

 

Qeyd edək ki, Azərbaycan - İtaliya matçı oktyabrın 10-da Bakı Olimpiya stadionunda keçiriləcək və saat 19:00-da start götürəcək.


Xəbər xətti