"Liverpul"un yeni baş məşqçisi müəyyənləşdi

18:02 7 Oktyabr 2015

Brendan Rocerslə yollarını ayıran "Liverpul" 2 gün ərzində yeni baş məşqçisini açıqlayacaq.

 

Sportarena.az xəbər verir ki, ingilis klubu Yurgen Kloppla müqavilə imzalayacaq. Almaniyalı mütəxəssislə danışıqları yekunlaşdırmaq üzrə olan rəhbərlik onunla 3 illik müqavilə üçün razılığa gəliblər. Yaxın iki gün ərzində "Liverpul" Kloppu rəsmən açıqlayacaq.

 

Qeyd edək ki, Kloppun son iş yeri Dortmund "Borussiya"sı olub.


Digər xəbərlər

Xəbər xətti