"Azərbaycanla görüşün əhəmiyyətini də hər kəs bilir"

21:49 7 Oktyabr 2015

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində milli komandamızın qonağı olacaq İtalya millisinin  hücumçusu Stefan Əl-Şaaravi ölkəsinin mətbuatına açıqlama verib:

Sportarena.az xəbər verir ki, təcrübəli hücumçu millimizlə oynayacaqları matç haqqında bunları deyib:

“Səfərdə heç vaxt asan olmur. Azərbaycanla görüşün əhəmiyyətini də hər kəs bilir. Qazanacağımız qələbə bizi Avropa çempionatının final mərhələsinə bir az da yaxınlaşdıracaq. Həqiqətən oyuna çox yaxşı hazırlaşmışıq. Müxtəlif taktikalar üzərində işləmişik. Mən hesab edirəm ki, hər bir futbolçu oyunun vacibliyi bilir. Evə qələbə ilə qayıda bilərik”.


Digər xəbərlər

Xəbər xətti