Dünya çempionu verilişə açıq-saçıq geyimdə çıxdı - FOTOLAR

11:05 8 Oktyabr 2015

Yüngül çəkidə döyüş sənəti üzrə dünya çempionu olan Ronda Rouzi Cimmi Fellonun şousuna qonaq olub. Sportarena.az xəbər verir ki, idmançı xanım verilişə elə geyimdə çıxıb ki, hər kəsi təəccübləndirib. Nəinki proqram işçiləri, o cümlədən daimi tamaşaçılar və hətta aparıcının özü belə hara baxacağını bilməyib.

 

Ronda sinə dekolteli, transparan ətəkdən ibarət libasda verilişə qatılıb.

 

Dünya çempionu özü ilə bağlı maraqlı açıqlamalar da verib. O deyib ki, toyuq əti və pivəni çox xoşlayır. Hər yarışdan sonra isə sevimli təamlarının dadına baxır.

 


Digər xəbərlər

Xəbər xətti