"Bütün diqqətimizi Azərbaycan və Norveçlə oyunlara yönəltmişik" - Karlo Tavekkio

11:55 8 Oktyabr 2015

"Avropa çempionatının qalibi olmaq istəyimizi söyləməyə ehtiyac yoxdur. Bu səbəbdən hazırda bütün diqqətimizi Azərbaycan və Norveçlə oyunlara yönəltmişik".

 

Sportarena.az xəbər verir ki, bu sözləri İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio deyib. O, seçmə mərhələdən sonra yığmanın baş məşqçisi Antonio Konteyə yeni müqavilə təklif edəcəklərini bildirib:

 

"Seçmə mərhələnin oyunlarından sonra Konte ilə danışıqlarımız olacaq. Onunla iki illik müqavilə imzalamaq istəyirik. Təbii ki, hər şey onun istəyindən və şərtlərindən asılı olacaq".

 

Qeyd edək ki, oktyabrın 10-da Bakıda millimizin qonağı olacaq İtaliya yığması qələbə qazanacağı təqdirdə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.


Digər xəbərlər

Xəbər xətti