Messi görünüşü ilə təəccübləndirdi - FOTO

15:17 8 Oktyabr 2015

La Liqanın 6-cı turunun "Las Palmas"la oyununda zədələnən "Barselona"nın yarımmüdafiəçisi Lionel Messi zədədən sonra ilk dəfə görüntülənib.

 

Sportarena.az xəbər verir ki, ulduz futbolçu həyat yoldaşı Antonella Rakkuzu ilə birgə oğlu Tiaqonu məktəbə apararkən obyektivlərə tuş gəlib. Qoltuqağacı ilə gəzən Messinin əhval-ruhiyyəsinin yüksək olduğu diqqətdən yayınmayıb.

 

Qeyd edək ki,Leo 6-8 həftə yaşıl meydanlardan uzaq qalacaq.

 


Digər xəbərlər

Xəbər xətti