Dünya çempionatı: Boksçumuz 1/4 finalda

19:16 8 Oktyabr 2015

Qatarın paytaxtı Dohada boks üzrə dünya çempionatı davam edir. Sportarena.az xəbər verir ki, bu gün boksçularımızdan biri artıq rinqə çıxıb.

 

64 kq çəki dərəcəsində mübarizə aparan Lorenso Sotomayor ikinci görüşünü keçirib. Abdelkader Çadianla qarşılaşan boksçumuz Əlcəzair idmançısı üzərində qələbə qazanaraq (3:0) adını 1/4 finala yazdırıb.

 

Qeyd edək ki, bu gün daha 3 boksçumuz rinqə çıxacaq.

 

64 kq. Lorenso Sotomayor - Abdelkader Çadian (Əlcəzair) 3:0

91 kq. Əbdulqadir Abdullayev - Çouaib Buludiants (Əlcəzair)

56 kq. Tayfur Əliyev - İderxu Enkjargal (Monqolustan)

49 kq. Rüfət Hüseynov - Hasanboy Dusmatov (Özbəkistan)


Digər xəbərlər

Xəbər xətti