"Qalatasaray" avrokuboklardan uzaqlaşdırıla bilər

00:11 9 Oktyabr 2015

Türkiyənin “Qalatasaray” klubu gələn mövsüm avrokuboklardan məhrum ola bilər.

Sportarena.az xəbər verir ki, bunu “NTV Spor” kanalına açıqlamasında klubun futbol direktoru deyib. Onun sözlərinə görə, buna səbəb klubun maliyyə fair-pley qaydalarına uymamasıdır:

“İndiki vəziyyətimizdə qalsaq, gələn mövsüm Avrokuboklara qatılmaya bilərik. UEFA-dan bir il daha əlavə müddət istəyəcəyik. Dekabrın ilk həftəsində UEFA ilə bir görüşümüz olacaq. Maliyyə durumumuz haqqında məlumatlar oktyabrın 15-də ali futbol qurumunun sisteminə daxil olacaq”.


Xəbər xətti