İtaliya millisi Bakıda - FOTOLAR

10:21 9 Oktyabr 2015

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası ilə qarşılaşacaq İtaliya millisi artıq Bakıdadı. Sportarena.az APA-ya istinadən xəbər verir ki, ötən gecə Azərbaycana gələn dünya çempionlarını Heydər Əliyev adına hava limanında geniş azarkeş kütləsi qarşılayıb.

 

Qeyd edək ki, Azərbaycan - İtaliya matçı oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

Ölkənin ən böyük idman arenasında baş tutacaq bu oyun, Olimpiya Stadionunda keçirilən ilk rəsmi futbol oyunu kimi tarixə düşəcək.

 


Digər xəbərlər

Xəbər xətti