Dünya çempionatı: Daha 4 boksçumuz rinqə çıxır

13:07 9 Oktyabr 2015

Qətərin paytaxtı Dohada dünya çempionatı davam edir. Sportarena.az xəbər verir ki, bu gün daha 4 boksçmumuz mübarizəyə başlayacaq. Bunlar Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq), Pərviz Bağırov (69 kq) və Teymur Məmmədovdur (81 kq).

 

Xatırladaq ki, 49 kq-da finalçılar, 52, 81 və 56 kq-da üç mükafatçı, 60, 64, 69, 75, 91, +91 kq-da çempionlar 2016-cı ildə keçiriləcək olimpiyadaya lisenziya qazanacaqlar.

 

Qeyd edək ki, dünən Rüfət Hüseynov (49 kq), Lorentso Sotomoyar (64 kq), Tayfur Əliyev (56 kq), Abdulqadir Abdullayev (91 kq) 1/4 finala vəsiqə qazanıblar.


Digər xəbərlər

Xəbər xətti