Buffon üçün Bakıda yubiley

17:01 9 Oktyabr 2015

"Avro-2016"nın seçmə mərhələsində sabah millimizlə keçiriləcək oyun İtaliya millisinin qapıçısı Canluici Buffon üçün əlamətdar olacaq. Sportarena.az xəbər verir ki, 37 yaşlı qolkiper İtaliya millisinin heyətində yubiley matçına çıxacaq.

 

Bakı Olimpiya stadionunda baş tutacaq matç Buffonun yığmadakı 150-ci oyunu olacaq. Maraqlıdır ki, Buffon ötən ay Bolqarıstanla baş tutan görüşdə 150-ci matçını keçirib. Lakin FİFA onun iştirak etdiyi yoxlama görüşlərindən birini beynəlxalq oyun kimi qəbul etməyib. Bu səbəbdən Buffonun İtaliya yığmasındakı 150-ci oyunu millimizlə görüşə təsadüf edəcək.

 

Qeyd edək ki, sabah Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan - İtaliya oyunu saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti