"Əsas məqsədim Olimpiadaya vəsiqə qazanmaqdır"

17:52 9 Oktyabr 2015

"Dusmatovla döyüşüm ağır keçdi. Bu çəki dərəcəsində demək olar ki, ən güclü idmançı o, idi. Rinqə qələbə qazanmaq üçün çıxmışdım. Yaxşı ki, bu işin öhdəsindən gələ bildim".

 

Sportarena.az Azərbaycan Boks Federasiyasının (ABF) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bu sözləri boks millimizin üzvü Rüfət Hüseynov dünya çempionatında özbəkistanlı rəqibi Hasanboy Dusmatov üzərindəki qələbədən sonra deyib.

 

49 kq çəki dərəcəsində yarışan Hüseynov əsas məqsədinin Rio De Janeyro Olimpiadasına vəsiqə qazanmaq olduğunu bildirib: "Növbəti rəqibim ukraynalı Dmitri Zamotayev olacaq. Onunla indiyə kimi görüşməmişəm. Zamotayevin döyüş tərzi mənə uyğundur. İnanıram ki, onu da məğlub edə bilərəm. Əsas məqsədim Rio De Janeyro Olimpiadasına vəsiqə qazanmaqdır. Bunun üçün bütün gücümü qoyacam".


Digər xəbərlər

Xəbər xətti