Konte: "Asan oyun deyildi"

23:53 10 Oktyabr 2015

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün yığmamızla qarşılaşan İtaliya millisi 3:1 hesablı qələbə qazanıb. Oyundan sonra keçirilən mətbuat konfransında “Skuadra Adzurra”nın baş məşqçisi Antonio Konte fikirlərini söyləyib:

Sportarena.az xəbər verir ki, Konte bu sözləri deyib:

“Mənim arxamda oyunçular, prezident dayanır. Mən onlarla işdən əlavə, şəxsi münasibətlər saxlayıram. Odu ki, tək qalmaqdan qorxmuram. Öz işimi çox sevirəm və bundan qürur duyuram.
 Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etdik. Futbolçular gərək başa düşsünlər ki, bundan sonra da işləmək lazımdı. İnsanda həmişə ambisiya olmalıdı və bunun hesabına irəli gedilməli, müəyyən məsafə qət edilməlidi. Ümid edirəm ki, final mərhələsində də hər şey yaxşı olacaq . Asan oyun deyildi, bunu hamı bilir. Amma biz öz oyunumuzla bu görüşü özümüz üçün asanlaşdırdıq. O mənada ki, düzgün strategiya qurduq, hücumlar həyata keçirdik. Xoşuma o gəlmədi ki, qol buraxdıq. Oyunu qol buraxmadan tamamlasaydıq, daha yaxşı olardı. Amma komandamızda ruh düşkünlüyü olmadı. Hesab bərabərləşdikdən sonra yenidən irəli atıldıq və daha 2 qol vurmağı bacardıq."


Digər xəbərlər

Xəbər xətti