İngilis nəhəngi itirə-itirə gedir

19:05 11 Oktyabr 2015

"Mançester Siti"nin daha bir futbolçusu zədələnib. Sportarena.az xəbər verir ki, "şəhərlilər"in yarımmüdafiəçisi David Silva sıradan çıxıb.

 

İspaniya millisinin üzvü "Avro-2016"nın seçmə mərhələsində Lüksemburqla görüşdə zədələnib. 29 yaşlı futbolçu 1 ay yaşıl meydanlardan kənarda qalacaq. Belədə futbolçu seçmə mərhələnin son turunda Ukraynaya, eləcə də, Çempionlar Liqasında "Sevilya" və Premyer Liqada "Mançester Yunayted"lə görüşlərdə iştirak etməyəcək.

 

Qeyd edək ki, daha öncə "Mançester Siti"nin digər üzvü Serxio Aquera zədələnib.


Xəbər xətti