Ferquson: "Arsenal" üçün çıxış yolu baş məşqçi dəyişikliyi ola bilməz"

10:27 12 Oktyabr 2015

“Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferquson “Arsenal”ın son illərdə irəliləyişinin dayandığını bildirib.
 Sportarena.az xəbər verir ki, İngiltərə mətbuatına açıqlama verən əfsanə baş məşqçi Arsen Venger haqqında bunları deyib: 
“1994-də iki və 1999-da üç kubok qazanmasaydım buna oxşar bir məsələni mən də yaşayardım. Ancaq Arsen Venger qərarlılığını qorudu və inandığı yolda davam edir. "Arsenal" üçün çıxış yolu baş məşqçi dəyişikliyi ola bilməz. Vengerin yerini kim dolduracaq? Vengerden daha yaxşı kimi tapacaqlar? Buna görə hələ işinin başındadır və buna görə mən də olsaydım Venger ilə davam edərdim.”dedi.
Sabitliyin önəmini vurğulayan şotlandiyalı baş məşqçi, “Əgər baş məşqçinizi uzun illər yerində saxlayarsınızsa, sabitliyini və qərarlığını təmin etmiş olarsınız. Bu da sizə uğur gətirər.” deyə vurğulayıb.
Qeyd edək ki, “Arsenal”, Vengerin vaxtında 2004-cü ildən bu yana Premyer Liqa-da çempionluq yaşamayıb.


Xəbər xətti