Azərbaycan kuboku: 1/16 final rəqəmlərin gözü ilə

15:22 12 Oktyabr 2015

Azərbaycan Kubokunda 2015/16 mövsümünə start veriləcək. Bu həftə yarışın 1/16 final mərhələsinin qarşılaşmaları baş tutacaq. Bir oyundan ibarət olan mərhələdə 3 cüt meydana çıxacaq.
 
Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki. yarışın ilk mərhələsinin iştirakçısından 4-ü əvvəllər də ölkə kubokunda çıxış edibsə, “Şərurspor” və “Turan Tovuz” yarışın debütantıdır. Bu dəfəki qarşılaşmalarda görüşən klubların yolları indiyədək kəsişməyib.
 
 
1/16 final
 
14 oktyabr
 
1. MOİK - “Turan Tovuz” - indiyədək qarşılaşmayıblar
 
2. “Şahdağ” - “Şəmkir” - indiyədək qarşılaşmayıblar
 
3. “Şərurspor” - “Qaradağ Lökbatan” - indiyədək qarşılaşmayıblar
 
Qeyd edək ki, cari mövsümədək Azərbaycan kuboku yarışlarında 147 komanda iştirak edib. “Şərurspor” və “Turan Tovuz”un debüt etməsi ilə bu rəqəm 149-a çatacaq. Sonuncular əvvəlki 2 mövsümdə I Divizionda çıxış etsə də, kuboka qatılmayıb. Bu komandanın “Turan”ın xələfi olmadığını nəzərə alsaq, Tovuzun kubokdakı növbəti təmsilçisinin debütü yalnız bu həftə gerçəkləşəcək. Digər debütant “Şərurspor” isə ümumiyyətlə ilk mövsümünü keçirir. Digər 4 komanda isə əvvəlki mövsümlərdə də kubokda qüvvəsini sınayıb.


Digər xəbərlər

Xəbər xətti