Azərbaycan yığmasının heyəti bəlli oldu

16:51 12 Oktyabr 2015

Şahmat üzrə Avropa komanda çempionatında iştirak edəcək Azərbaycan yığmalarının heyəti məlum olub.

Sportarena.az xəbər verir ki, Reykyavikda keçiriləcək çempionatda Azərbaycanın kişilərdən ibarət yığmasının heyətində Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Arkadi Naydiç, Rauf Məmmədov, Eltac Səfərli mübarizə aparacaqlar. Komandanın kapitanı Aleksandr Xalifman olacaq. 

Qadın şahmatçılardan ibarət yığmanın heyətinə Zeynəb Məmmədyarova, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xəyalə Abdulla və Nərmin Kazimova daxildirlər. Komandanın kapitanı Fikrət Sideifzadədir.

Qeyd edək ki, Avropa çempionatı noyabrın 12-dən 22-dək İslandiyanın paytaxtında keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti