Millimiz reytinq siyahısında irəlilədi

17:36 12 Oktyabr 2015

Beynəlxalq Voleybol Federasiyası (FİVB) qadın komandaları arasında yeni reytinq cədvəlini açıqlayıb.

Siyahıda yer alan Azərbaycan millisi yenidən “30-luğ”a qayıdıb.
 
Bu, yığmamızın Avropa çempionatındakı çıxışına əsasən reallaşıb. Komandamız 14-cü olmaqla, aktivinə 2 xal əlavə edib. Nəticədə dünya çempionatında da 15-ci yeri tutduqdan sonra 33 xal qazanan yığmamızın reytinqi 35-ə çatıb.
 
Hazırda 30-cu (+1) yerə yüksələn Faiq Qarayevin komandası ən yaxın izləyiciləri Meksika və Çexiyadan 3 xal geri qalırsa, Misiri 1 xal qabaqlayır.
 
Siyahıya isə yenə ABŞ başçılıq edir. Onlar 310 reytinq xalı ilə Braziliyanı (302) arxada qoyaraq, ikinci pilləyə qalxan Çindən 40 xal irəlidədi. 


Xəbər xətti