Dünya çempionatı: İki boksçumuz finalda

00:55 13 Oktyabr 2015

Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatı davam edir. Sportarena.az xəbər verir ki, artıq yarışda yarımfinal mərhələsinə yekun vurulub. tart verilib.

 

91 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Abdulqadir Abdullayev finala vəsiqə uğrunda görüşdə kubalı Erisladi Savonla üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada daha təcrübəli Savon qalib gəlib. Abdullayev isə karyerasında ilk dəfə çıxış etdiyi dünya çempionatında bürünc medalla kifayətlənib.

 

Elvin Məmişzadə isə əlcəzairli Muhammed Flissi, Albert Səlimov isə braziliyalı Robson Konseysao üzərində qələbə qazanaraq, adlarını finala yazdırıblar.

 

Pərviz Bağırov isə qazaxıstanlı Daniyar Yeleusinova uduzaraq, həm bürünc medala, həm də lisenziyaya yiyələnib.

 

Qeyd edək ki, Azərbaycan idman tarixində ilk dəfə olaraq boksçularımız dünya çempionatında 4 medala sahib olublar.


Xəbər xətti