"Qəbələ"nin rəqibi sülh bağladı

17:34 13 Oktyabr 2015

"Qəbələ"in Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Borussiya" yoxlama görüşündə qüvvəsini sınayıb.

 

Sportarena.az xəbər verir ki, Dortmund təmsilçisi III Bundesliqada çıxış edən "Maqdeburq"la qarşılaşıb.

 

Matçda qalib müəyyənləşməyib. Hərəyə iki dəfə fərqlənən komandalar meydandan 2:2 bərabərliklə ayrılıb.

 

Qeyd edək ki, "Borussiya" Avropa Liqasında növbəti görüşünü oktyabrın 22-də Bakıda "Qəbələ"yə qarşı keçirəcək.

 


Digər xəbərlər

Xəbər xətti