Sisse həbs olundu - İntim görüntülərlə şantaja görə

17:50 13 Oktyabr 2015

Fransada 4 futbolçu həbs olunub.

 

Sportarena.az xəbər verir ki, onların arasında milli komandanın sabiq üzvü Cibril Sisse də var. Buna futbolçuların "Lion"un yarımmüdafiəçisi Matye Valbuenanı intim videogörüntü ilə şantaj etmələri səbəb olub.

 

Polis məsələ ilə bağlı araşdırmaya başlayıb. Sissenin vəkili bildirib ki, o günahsızdır və yaxında azadlığa buraxılacaq.

 

Qeyd edək ki, 2002-2011-ci illərdə Fransa millisinin şərəfini qoruyan Sisse keçirdiyi 41 oyunda 9 qol vurub.


Xəbər xətti