Ronaldo dördüncü "qızıl buts"unu aldı

21:05 13 Oktyabr 2015

2014-2015 sezonunda hesabına 48 qol yazdıran "Real"ın  portuqaliyalı futbolçusu Ronaldo dördüncü dəfə “qızıl buts” mükafatının sahibi olub.
Sportarena.az xəbər verir ki, Ronaldo daha əvvəl "Mançester Yunayted" forması ilə 1, "Real" forması ilə 2 dəfə bu mükafatı qazanmışdı. Bu mükafatla Ronaldo İspanya klubu ilə 3-cü, ümumilikdə isə 4-cü mükafatını almış oldu.
Qeyd edək ki, sıralamanın ikinci pilləsində hesabına 43 qol yazdıran Messi qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti