Federasiyadan milliyə fantastik mükafat

19:16 14 Oktyabr 2015

İslandiya üzərində 1-0 qələbə qazanaraq 2016-cı ildə keçiriləcək Avropa Çempionatına birbaşa getmək haqqı əldə edən Türkiyə millisi bunun müqabilində fantastik mükafat alacaq. Sportarena.az xəbər verir ki, federasiya illik 3.5 milyon avro maaş alan Türkiyə futbol direktoru Fatih Terimə 500 min avro mükafat verəcək.

 

Terim bundan başqa, Avropa Çempionatında 1/4 final, yarımfinal və çempionluq oyunlarına görə də ayrı-ayrılıqda mükafatlar alacaq.

 

Bundan başqa komandada ilk oyundan bəri iştirak edən bütün oyunçular dünənki qələbəyə görə ümumilikdə 10 milyon TL (təxminən 6 milyon AZN) mükafatın sahibi olub


Digər xəbərlər

Xəbər xətti