ŞOK! "Qarabağ"ın sabiq məşqçisi evində ölü tapıldı

19:45 14 Oktyabr 2015

"Qarabağ" və "Xəzər Lənkəran"ın sabiq məşqçisi Tayfun Gürsel 63 yaşında dünyasını dəyişib. Sportarena.az "sportal.az"a istinadən xəbər verir ki, Gürsəlin meyiti Türkiyənin Antalya vilayətinin Demre qəsəbəsindəki evinin hamamında tapılıb.

 

Türkiyə millisinin sabiq futbolçusunun ölümünə infarktın səbəb olduğu açıqlanıb.

 

Qeyd edək ki, Tayfun Gürsel Rasim Karanın baş məşqçi olduğu vaxt "Xəzər Lənkəran"la "Qarabağ"da çalışıb. O, 25 ildir həyat yoldaşından ayrı qalırdı.


Xəbər xətti