Ronaldo: "Karyeramı "Real"da başa vurmaq istəyirəm"

21:40 14 Oktyabr 2015

İspaniyanın aparıcı klublarından biri olan “Real”ın portuqaliyalı hücumçusu Kriştiano Ronaldo gələcək karyerası haqda danışıb.
Sportarena.az xəbər verir ki, “Marca” qəzetinə müsahibə verən hücumçu milli komanda ilə kubok qazanmaq istədiyini bildirib:
"Çətin olduğunu bilirəm. Ancaq ən azı 5-6 il daha yüksək səviyyədə futbol oynamaq istəyirəm. Hazırda dünyanın ən yaxşı klubundayam və daha çox kubok qazanmağa çalışacam. "Real"la müqaviləm 3 il sonra başa çatacaq. Ancaq daha öncə dediyim kimi karyeramı "Real"da başa vurmaq istəyirəm. Bir futbolçu özünə yaxşı baxarsa, 40 yaşınadək oynaya bilər. Milli komanda ilə kubok qazanmaq mənim üçün böyük uğur olar. Buna ümidim var. Hazırda yaxşı baş məşqçiyə və mükəmməl federasiya prezidentinə sahibik. Gənc futbolçularımız çox yaxşı təsir bağışlayır. Ümid edirəm ki, Avropa çempionatında istəyimə nail olacam".

 


Digər xəbərlər

Xəbər xətti