Viktor Valdes gedir

00:35 15 Oktyabr 2015

"Mançester Yunayted"in qapıçısı Viktor Valdes qışda komandadan gedəcək.

Bu barədə ispaniyalı qolkiperin meneceri Gines Karvahal məlumat verib.

"Valdes yanvarda "Mançester Yunayted"dən ayrılacaq. Hansı komandaya keçəcəyi hələlik məlum deyil. Seçimini özü edəcək" - deyə Karvahal bildirib.

Qeyd edək ki, Valdeslə "Nyukasl" klubu yaxından maraqlanır. İngiltərə təmsilçisinin əsas qapıçısı Tim Krul mövsümün sonunadək sıradan çıxıb.


Digər xəbərlər

Xəbər xətti