"Barselona" üçun şok: 6 aylıq Neymar itkisi?

21:41 15 Oktyabr 2015

Brazilyanın “Santos” klubu “Barselona”nın ulduz futbolçusu Neymarı 6 aylıq cəzalandırılması üçün FİFA-ya şikayət ərizəsi göndərib.
Sportarena.az xəbər verir ki, 2013-cü ilin may ayında “Santos”dan “Barselona”ya transfer edilən Neymarın həqiqi qiyməti ortaya çıxdıqdan sonra futbolçunu müqavilədəki maddələri yerinə yetirməməklə günahlandıran “Santos” klubu, oyunçunun cəzalandırılması üçün FİFA-ya müraciət edib. 
Qeyd edək ki, FİFA bu ərizəni qəbul edərsə, Neymar 6 ay yaşıl meydanlardan uzaq qalacaq və “Barselona” klubu da böyük məbləğdə cərimələnəcək

 


Digər xəbərlər

Xəbər xətti