Sadıq Sadıqov Fransada fərqləndi

10:13 16 Oktyabr 2015

Fransanın Nitsa şəhərində veteran atletlər arasında keçirilən Avropa Oyunları başa çatıb. Sportarena.az xəbər verir ki, yarışa qatılan Azərbaycan millisi 1 qızıl və 4 gümüş medal qazanıb.

 

Belə ki, təmsilçilərimizdən Tamilla Bünyatova nizə atma növündə bütün rəqiblərini qabaqlayaraq, çempion tituluna yiyələnib. Digər həmyerlilərimizdən Albert Menyayev nüvə itələmə və şüvüllə tullanmada, Sadıq Sadıqov isə 800 m və 1500 m məsafələrə qaçışda ikinci yeri tutub.


Xəbər xətti