"Qəbələ" ilə oyunöncəsi "Borussiya"ya şad xəbər

17:27 16 Oktyabr 2015

Avropa Liqsının qrup mərhələsində növbəti oyununu "Qəbələ"yə qarşı keçirəcək "Borussiya" klubu zədəli futbolçulardan gələn xəbərə sevinib. Sportarena.az xəbər verir ki, bir müddət komandaya kömək edə bilməyən futbolçular - Marsel Şmeltser, Nuri Şahin və Erik Drum artıq sıraya dönüblər.

 

Lakin baş məşqçi Tomas Tuxel onlara Bundesliqanın IV turu çərçivəsində bu keçirəcəkləri "Maynts"la oyunda şans verməyə tələsmir.

 

Təcrübəli mütəxəssisin sözlərinə görə, Şmeltser Bakıdakı görüşdə meydana çıxa bilər. Digər iki futbolçu barədə isə hələlik yekun qərar verilməyib.


Digər xəbərlər

Xəbər xətti