Millimizin üzvü 90 dəqiqə oynadı

17:02 17 Oktyabr 2015

Almaniya Qərb Regional Liqasında 13-cü turun oyunları keçirilib. Sportarena.az xəbər verir ki, milli komandamızın üzvü Toğrul Eratın şərəfini qoruduğu "Fortuna II" (Dusseldorf) də növbəti matçını keçirib.


Düsseldorf təmsilçisi səfərdə “Viktoriya 1904”lə üz-üzə gəlib. Qarşılaşma Eratın komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Millimizin üzvü bu matçda 90 dəqiqə meydanda olub.


Qeyd edək ki, “Fortuna II” 16 xalla 10-cu pillədə qərarlaşıb.


Xəbər xətti