Ronaldonun bəyəndiyi qız Türkiyəni təmsil edəcək - FOTOLAR

16:51 19 Oktyabr 2015

İnstaqramda paylaşdığı fotolarla məşhurlaşan model Cansu Taşkın Çində keçiriləcək "Miss Model of the World"də Türkiyəni təmsil edəcək. Sportarena.az xəbər verir ki, məlumatı sosial mediada paylaşan Taşkın yazıb:

 

"Çin səfərimizdə uğurlar... "Dünya modellər kraliçası" adını qazanmaq üçün 1 ay orada olacağam. Ailəm və ölkəm üçün darıxacağam".

 

Qeyd edək ki, Cansu bundan əvvəl futbolçu Kriştiano Ronaldonun ona yazdığı mesajla gündəmə gəlmişdi. İnstaqramda gənc qıza təriflər yazan Ronaldo rəsmi hesabından yazaraq onun telefon nömrəsini də istəmişdi.

 


Digər xəbərlər

Xəbər xətti