Falkao "Çelsi"ni tərk etmək niyyətindədir

22:50 19 Oktyabr 2015

Falkao oyun təcrübəsinin azlığından narazıdı və yanvarda "Çelsi"dən gedə bilər.

Sportarena.az xəbər verir ki,  "Aston Villa" (2:0) və "Porto" (1:2) ilə görüşlərdə "Çelsi"nin sifariş ərizəsinə belə daxil edilməyib futbolçu, bu durumdan narazıdı.

Falkaonun "zadəganlar"la anlaşmasının müddəti gələn ilin yayına qədərdi. Baş məşqçi Joze Mourinyo layiqli əvəzedici tapacağı halda qışda hücumçunu buraxmağa hazırdı.

Bu mövsüm Premyer Liqada Falkaonun aktivində 7 oyunda bir qol var.


Xəbər xətti