"Real"da zədə epidemiyası: qol silahı da sıradan çıxdı

00:03 20 Oktyabr 2015

"Real"ın futbolçusu Qaret Beyl Çempionlar Liqasının III turunda Fransada keçiriləcək PSJ ilə qarşılaşmada iştirak edə bilməyəcək.

Sportarena.az xəbər verir ki, Uels millisinin futbolçusu baldır əzələsindən təkrar zədə alıb. Beyl daha öncə bu zədə səbəbindən 3 həftə buraxmışdı.

Qeyd edək ki, Beydən əlavə, Daniel Karvaxal, Pepe və Xames Rodriqesin də Paris klubu ilə oyunda oynamayacağı bildirilir.

 


Digər xəbərlər

Xəbər xətti