"Rəvan" "Spartak"la Bakıda da bacarmadı - YENİLƏNİB

20:50 21 Oktyabr 2015

Bu gün UEFA Gənclər Liqasında birinci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Sportarena.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edəcək "Rəvan"ın U-19 komandası cavab matçına çıxacaq.

 

"Rəvan" doğma meydanda Moskvanın "Spartak" klubunu qəbul edəcək. Səfərdə rəqibinə 0:4 hesabı ilə uduzan "Rəvan" möcüzə axtarışındadır. "Dalğa Arena"da keçiriləcək oyun saat 19:00-da başlayacaq.

 

Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə "Şalke" (Almaniya) - "Ayaks" (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.

 

21 oktyabr

19:00. "Rəvan" (Azərbaycan) - "Spartak" (Moskva) 0:0
İlk oyun - 0:4
Bakı. "Dalğa Arena"


Digər xəbərlər

Xəbər xətti