Əfsanəvi futbolçuda xərçəng tapıdlı

16:10 22 Oktyabr 2015

Dünya futbolunun canlı əfsanəsi Yohan Kroyf ağır xəstəliyə tutulub. Sportarena.az xəbər verir ki, 68 yaşlı əfsanəyə ağciyər xərçəngi diaqnozu qoyulub. Xəstəliyin hansı mərhələdə olduğunu öyrənmək üçün Y.Kroyf bəzi analizlər verəcək, daha sonra isə onun müalicəsinə başlanacaq.

 

“The Guardian” ve “Mundo Deportivo” kimi nəşrlər də artıq bu xəbəri təsdiqləyən xəbərlər yayıblar.

 

Qeyd edək ki, Y.Kroyf futbolçu karyerası ərzində Hollandiya millisi, "Barselona" və "Ayaks"da oyunları ilə əfsanəvi futbolçuya çevrilib. O, 1988-1996-cı illərdə isə "Barselona"da baş məşqçi işləyib.


Digər xəbərlər

Xəbər xətti