Cüdoçularımız Əbu-Dabidə

03:00 23 Oktyabr 2015

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə oktyabrın 23-dən 27-dək gənc cüdoçuların dünya birinciliyi keçiriləcək. Yarışda 85 ölkədən 588 idmançı (359 oğlan, 229 qız) mübarizə aparacaq. 
Gənclərdən ibarət yığma komandamız dünya birinciliyində iştirak etmək məqsədilə artıq Əbu-Dabiyə yollanıb. Elçin İsmayılov və Fərhad Məmmədovun rəhbərlikləri altında çıxış edəcək komandamız yarışda 12 cüdoçu (10 oğlan, 2 qız) ilə təmsil olunacaq.


Xəbər xətti