İlk məğlubiyyət

14:00 23 Oktyabr 2015

Makedoniyanın Skopye şəhərində klublar arasında Avropa Kuboku uğrunda mübarizə davam edir. Sportarena.az xəbər verir ki, 5-ci turda turnirin son qalibi "SOCAR-Azərbaycan" Rusiyanın "Sibir" klubuna 2.5:3.5 hesabıyla uduzub.

 

Digər təmsilçimiz "Odlar Yurdu" Norveçin "Valerenqa" klubuna 3.5:2.5 hesabıyla qalib gəlib. Bu gün 6-cı turda "SOCAR-Azərbaycan" Çexiyanın "Novi Bor", "Odlar Yurdu" isə Rusiyanın "Medniy Vasdnik" klubuyla qarşılaşacaq.

 

Qeyd edək ki, 50 komadanın iştirak etdiyi Avropa Kubokuna oktyabrın 24-də yekun vurulacaq. 5 turda sonra "SOCAR-Azərbaycan" "Alkaloid"lə hərəyə 8 xal toplayıb və 2-3-cü yerləri bölüşdürür. "Odlar Yurdu" 9-cu yerdədir.


Xəbər xətti