"Rəqib bizi üstələyirdi" - "Qarabağ"a qol vuran futbolçu

15:04 23 Oktyabr 2015

"Bu qələbə komandamıza çox yaxşı təsir edəcək. Rəqib topa sahib olmada bizi üstələyirdi. Ancaq düşünürəm ki, layiqli qələbə qazandıq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Monako"nun futbolçusu Lasina Traore deyib. "Qarabağ" üzərində qələbədən (1:0) danışan kot-d’İvuarlı hücumçu bunları söyləyib:

 

"Biz mütləq üç xal qazanmalıydıq. Çünki bu görüş qrupdan çıxmaq baxımından çox əhəmiyyətli idi. Sevinirik ki, bunu bacardıq. Qarşıda üç oyunumuz var. Bu görüşlərdən də maksimum nəticə qazanaraq qrupdan çıxmağa çalışacağıq".


Xəbər xətti