İspaniya bu xəbərlə çalxalanır: "El-Klassiko"da rüşvət iddiası

18:33 23 Oktyabr 2015

İspaniya La Liqasının 12-ci turu çərçivəsində baş tutacaq "Real" - "Barselona" matçı öncəsi şok məlumatlar yayılıb. Sportarena.az xəbər verir ki, ispan mətbuatı Hakimlər Komitəsinin "El-Klassiko"ya təyin edəcəyi hakimdən Madrid klubuna köməklik göstərməsini tələb etdiyini yazıb.

 

İddiaya görə, hətta komitə hakimdən köməkçilərini də dilə tutmağı və oyundankənar epizodlarda "Real"ın lehinə qərar vermələri üçün onları təlimatlandırmağı istəyib. Adının açıqlanmağını istəməyən referi isə bundan imtina edib və məsələ ilə bağlı rüşvətə qarşı mübarizə idarəsinə müraciət edib.

 

İspaniya İdman Naziri iddianı ortaya atan hakimin bir an öncə üzə çıxmasını tələb edib. Federasiya da öz növbəsində məsələni araşdıracağını bildirib.

 

Hakimlər Komitəsinin sədri isə birmənalı şəkildə ittihamları qəbul etmir.


Digər xəbərlər

Xəbər xətti