Millimizin üzvü "fərqləndi", komandası məğlub oldu

10:34 25 Oktyabr 2015

Almaniya Qərb Regional Liqasında 14-cü turun oyunları keçirilib.
 
Sportarena.az xəbər verir ki, millimizin futbolçusu Toğrul Eratın komandası "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb. Düsseldorf təmsilçisinin ikinci komandası doğma meydanda "Sportfreunde Lotte"yə 3:1 hesabı ilə məğlub olub. Start heyətdə meydana çıxan Erat sonadək mübarizə aparıb və sarı vərəqə ilə yadda qalıb.
 
 


Xəbər xətti