Orxan Məmmədov "Litva"nın futbolçusunu cəzalandırdı

15:13 25 Oktyabr 2015

Azərbaycanlı hakim Orxan Məmmədov 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyununu idarə edib.

Sportarena.az xəbər verir ki, Lüksembuqda təşkil olunan 5-ci qrupun oyununda Avstriya Litva ilə üz-üzə gəlib.
 
Qarşılaşma avstriyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Məmmədov bu görüşdə cəmi bir sarı vərəqə vərəqə göstərib ki, o da litvalı futbolçuya "qismət" olub.
 
Orxan Məmmədovun bu görüşdəki köməkçilərindən biri Yaşar Abbasov olubsa, digər yan xətt hakimi və dördüncü hakim lüksemburqlu olub.


Digər xəbərlər

Xəbər xətti