İsrafilov "Barselonaya"a qarşı oynadı, son dəqiqədə "fərqləndi"

12:07 26 Oktyabr 2015

İspaniya La Liqasında 9-cu turun növbəti oyunları keçirilib. Sportarena.az xəbər verir ki, Millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun şərəfini qoruduğu "Eybar" da növbəti matçına çıxıb.

 

Komanda səfərdə "Barselona" ilə qarşılaşıb. Görüş qonaqların 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. İsrafilov matçın 46-cı dəqiqəsindən etibarən meydana çıxıb. O, 90-cı dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.

 

Qeyd edək ki, "Eybar" hazırda 13 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti