"Borussiya" - "Qəbələ": 50 mindən çox bilet satılıb

19:23 26 Oktyabr 2015

Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində baş tutacaq "Borussiya" - "Qəbələ" matçına bilet satışı davam edir. Sportarena.az xəbər verir ki, oyuna artıq 50 mindən çox bilet satılıb.

 

Qalan 15 min biletin isə oyun gününə kimi tükənəcəyi gözlənilir. Biletlərin qiyməti 18-78 avro arasında dəyişir.

 

Qeyd edək ki, "Borussiya" - "Qəbələ" oyunu noyabrın 5-də, 22:00-da keçiriləcək.


Xəbər xətti