AFFA 4 qırmızı vərəqənin göstərildiyi oyunla bağlı cəzaları açıqladı

15:23 27 Oktyabr 2015

AFFA İntizam Komitəsinin bugünkü iclasında I divizionun son turunun oyunları da müzakirə olunub. Sportarena.az xəbər verir ki, İK aşağıdakı qərarları qəbul edib:

 

I Divizionunun VI turunun “Turan Tovuz” – “Neftçala” matçında “Turan Tovuz” klubunun 4, “Neftçala” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunub.

 

“Şəmkir” – “Mil-Muğan” matçının 69-cu dəqiqəsində “Mil-Muğan” klubunun 10 №-li futbolçusu Səccad Kerman idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub. Bundan başqa, oyunun 89-cu dəqiqəsində “Şəmkir” klubunun 23 №-li futbolçusu Sərxan Ağayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

Oyunun 89-cu dəqiqəsində “Mil-Muğan” klubunun 20 №-li futbolçusu Laki Hiro Bomidele kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 90+2-ci dəqiqəsində “Mil-Muğan” klubunun 4 №-li futbolçusu Zöhrab Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.


Xəbər xətti